Dünya

Luvr muzeyinin direktoru vəzifəsindən getdi

25 Feb 2026, 00:24 2 baxış
Luvr muzeyinin direktoru vəzifəsindən getdi
Luvr muzeyinin direktoru Lorans de Kar istefa ərizəsi yazıb və Fransa Prezidenti Emmanuel Makron bu ərizəni qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, dövlət başçısı dünyanın ən böyük muzeyinin sakitliyə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, müasirləşdirmə işlərinin və "Luvr - yeni dirçəliş" layihəsinin tamamlanmasına ehtiyac duyduğu bir dövrdə bu məsuliyyətli addımı alqışlayıb. Makron həmçinin Lorans de Kara Fransanın G7-yə sədrliyi çərçivəsində üzv ölkələrin aparıcı muzeyləri arasında əməkdaşlığın gücləndirilməsi üzrə missiya həvalə etmək istədiyini bildirib. Xatırladaq ki, 2025-ci ilin oktyabrında Luvr muzeyində qarət hadisəsi baş verib. 8 482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari oğurlanıb. Oğurlanan zinət əşyalarının ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər