Dünya

Meksikada həbsxanadan kütləvi qaçış: 23 məhbus yoxa çıxıb

24 Feb 2026, 16:20 2 baxış
Meksikada həbsxanadan kütləvi qaçış: 23 məhbus yoxa çıxıb
Meksikanın Xalisko ştatının Puerto Vallarta şəhərindəki regional həbsxanadan azı 23 nəfər qaçıb. Bu, "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin zərərsizləşdirilməsindən sonra başlayan iğtişaşların nəticəsində baş verib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Katibi Xuan Pablo Hernandez açıqlama verib. O bildirib ki, qaçan 23 məhkumun tutulması üçün federal orqanlara müvafiq bildirişlər göndərilib. Bəzi iğtişaşçılar həbsxananı atəşə tutublar və maşınla darvazaları sındırıb müəssisəyə daxil olublar. Atışma zamanı həbsxana mühafizəçilərindən biri öldürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər