Dünya
Yeni Qvineya adasında zəlzələ oldu
Papua-Yeni Qvineyanın bir hissəsi olan Yeni Qvineya adasının sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az- ın TASS-a istinadən verdiyi məlumata görə , bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Cayapura şəhərindən 215 km qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.
Mənbə
oxu.az