Dünya

ABŞ-nin idxal mallarına tətbiq etdiyi yeni rüsumlar qüvvəyə mindi

24 Feb 2026, 15:32 2 baxış
ABŞ-nin idxal mallarına tətbiq etdiyi yeni rüsumlar qüvvəyə mindi
ABŞ-nin idxala tətbiq etdiyi qlobal rüsumlar qüvvəyə minib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Gömrük-Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, fevralın 24-də Bakı vaxtı ilə 9:01-dən etibarən xaricdə istehsal olunaraq ABŞ-yə idxal edilən və ya anbarlardan buraxılan bütün mallara 10% həcmində rüsum tətbiq olunur. Tədbir 150 gün ərzində - iyulun 24-nə qədər qüvvədə olacaq. Ağ Evin nümayəndəsi "NBC News" telekanalına bildirib ki, Vaşinqton administrasiyası qlobal idxal rüsumlarını 15%-ə qaldırmaq barədə ayrıca fərman üzərində işləyir. Lakin sənədin Prezident Donald Tramp tərəfindən nə vaxt imzalanacağı bəlli deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər