Dünya
ABŞ-nin İrana zərbə imkanları ilə bağlı İLGİNC İDDİA
"ABŞ-nin hazırkı hərbi potensialı İrana qarşı yalnız 4-5 günlük intensiv zərbələr üçün kifayətdir". Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri İsrail kəşfiyyatına istinadən məlumat yayıb. "Hətta ABŞ-nin "USS Gerald R.Ford" aviadaşıyıcı gəmisinin Yaxın Şərqə köçürülməsini də nəzərə alsaq, intensiv zərbələr uzağı bir həftə davam edəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib.
Mənbə
oxu.az