Dünya

Zelenski Trampın "böyük imzalanma mərasimi" planından danışdı

24 Feb 2026, 14:52 2 baxış
Zelenski Trampın "böyük imzalanma mərasimi" planından danışdı
"ABŞ Prezidenti Donald Tramp istəyir ki, Ukraynada münaqişənin nizamlanması üzrə bütün potensial sazişlər eyni vaxtda, ehtimal ki, mərasimin gedişatı zamanı imzalansın". Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Tramp Rusiya və Ukraynanın münaqişənin başa çatdığını göstərən böyük mərasimdə sülh sazişi imzaladıqlarını, Kiyev, Vaşinqton və Avropa paytaxtlarının da elə bu tədbirdə təhlükəsizlik zəmanətləri ilə bağlı saziş imzaladıqlarını xəyal edir. Lakin Zelenski bu ssenariyə qarşı çıxır. O hesab edir ki, təhlükəsizlik zəmanətləri əvvəlcə ABŞ Konqresi tərəfindən razılaşdırılmalı və təsdiqlənməlidir. "Kağız üzərində bizim, demək olar ki, hər şeyimiz var. Lakin (Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd) hələ imzalanmayıb. ABŞ tərəfindən imzalanmayıb", - deyə Volodimir Zelenski qeyd edib. Səbəbi soruşulduqda o ehtimal edib ki, ABŞ 20 maddəlik (nizamlama üzrə) planla eyni vaxtda təhlükəsizlik zəmanətlərini imzalamaq istəyir. Xatırladaq ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Danışıqlar birinci gün təxminən altı saat, ikinci gün isə iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb. Onun sözlərinə görə, yaxın zamanda nizamlama üzrə yeni görüş keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər