Dünya
Azərbaycan diasporunun rəhbəri Rusiyada vətəndaşlıqdan məhrum edilib - FOTO
Rusiyanın İvanovo şəhərində yerli Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərarı ilə Rusiya vətəndaşlığından məhrum edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.
Qeyd olunur ki, Asif Məmmədovun "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə" görə vətəndaşlıqdan çıxarıldığı bildirilib. İddia edilir ki, o, şəhər şurasına namizədliyini irəli sürmək qərarına gəlib, lakin seçicilərə müraciəti yerli sakinlərin narazılığına səbəb olub, nəticədə Asif Məmmədov namizədliyini geri götürməyə məcbur olub.

Mənbə
oxu.az