Dünya

İranda helikopter qəzası: Ölənlərin sayı artdı

24 Feb 2026, 13:57 2 baxış
İranda helikopter qəzası: Ölənlərin sayı artdı
Bu gün İsfahan əyalətinin Dorçe bölgəsindəki meyvə-tərəvəz bazarı üzərində "AH-1J Super Cobra" təlim helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, ölənlərin sayı dördə çatıb. Onlardan ikisi pilot - Hamed Sərvazad və Müctəba Kiani, digər ikisi isə bazarda işləyən mülki şəxslərdir. Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub. Onlar ərazidə yanğını nəzarətdə saxlayaraq, qəzadan sonra yaranan təhlükəni aradan qaldırıblar.

Helikopterin qəza səbəbləri hələlik açıqlanmayıb, araşdırmalar davam edir. İranın İsfahan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Xomeynişəhr yaxınlığındakı Dorçe şəhərində helikopter qəzaya uğrayıb", - deyə nəşr məlumat yayıb. Məlumata görə, helikopter İran ordusuna məxsus olub və təlim məqsədləri üçün istifadə edilib. Qəza zamanı həm pilotun, həm də köməkçi pilotun həlak olduğu bildirilir. Qəzanın səbəbi ilə bağlı təfərrüat hələlik rəsmi olaraq açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər