Şou biznes

Məşhur "Onegin" serialının aktrisası döyüldü

24 Feb 2026, 12:52 1 baxış
Məşhur "Onegin" serialının aktrisası döyüldü
Rusiyalı aktrisa Kristina Kulişenko Sankt-Peterburqdakı pabların birində döyülüb. Bu barədə Oxu.Az Rusiya mediasına istinadən xəbər verir. Məlumata görə, Kulişenko dostu olan gənc oğlanla paba gəlib. Ehtimal edilir ki, gənc həddindən artıq spirtli içki qəbul edib və digər müştəriləri təhqir etməyə başlayıb. Buna görə onları çölə çağıraraq döyməyə başlayıblar. Həmin şəxslər aktrisanın üzünə iki dəfə zərbə vurublar. O, xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Klinikada K.Kulişenkoya qançırlar və hematomalar diaqnozu qoyulub. Qeyd edək ki, aktrisa məşhur “Onegin”, “Dəniz şeytanları”, “Lixaç-4” və “Kürəkən” filmlərindəki rolları ilə tanınır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər