Dünya
Aİ Rusiyanın Brüsseldəki nümayəndəliyinin əməkdaşlarının sayını azaltdı
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin əməkdaşlarının maksimal sayını 40 nəfərlə məhdudlaşdırmaq qərarına gəldiyini elan edib. Oxu.Az Meduza.io-ya istinadən xəbər verir ki, o, bu barədə Aİ XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. O əlavə edib ki, Avropa Komissiyası ilə birlikdə "yüzminlərlə potensial keçmiş rusiyalı əsgərin Şengen zonasına daxil olmasının qarşısını almaq" üzərində işləyir. "Biz hərbi cinayətkarların və diversantların küçələrimizdə dolaşmasını istəmirik", - deyə o qeyd edib.
Mənbə
oxu.az