Dünya
Misirdə qadın geyimində soyğunçuluq edən kişi ömürlük həbsə məhkum edildi
Misirin Kena vilayətində qadın geyimində işlədiyi yeri qarət edən şəxs ömürlük həbs cəzasına məhkum olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Cairo 24" nəşri məlumat yayıb. Vilayətdə fəaliyyət göstərən kredit şirkətinin əməkdaşı qadın geyimində ofisə gəlib. Həmin vaxt iş yerində heç kimin olmamasından istifadə edən şəxs təxminən 21 000 dolları (təxminən 35 700 manat) oğurlayıb. Lakin geyim dəyişikliyi onu xilas etməyib, oğru ifşa olunaraq qısa müddətdə saxlanılıb. Kena Cinayət Məhkəməsi əməkdaşı külli miqdarda pul oğurluğunda təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib. Məhkəmə, həmçinin ondan oğurlanan məbləğin geri qaytarılmasını tələb edib.
Mənbə
oxu.az