Dünya

ABŞ-nin ən böyük aviadaşıyıcısı Krit adasına çatıb - VİDEO

23 Feb 2026, 20:20 2 baxış
ABŞ-nin ən böyük aviadaşıyıcısı Krit adasına çatıb - VİDEO
Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin qruplaşmasını gücləndirmək üçün hərəkət edən "USS Gerald R. Ford" aviadaşıyıcısı Aralıq dənizində, Krit adası yaxınlığında müşahidə olunub. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" yazır.
Aviadaşıyıcı Cəbəllütariqdən Kritə qədər 2 700 km məsafəni 72 saata, orta hesabla 39 km/saat sürətlə qət edib və müşayiət edən gəmiləri geridə qoyub. Təchizatın təmin edilməsi üçün çoxsaylı "C-17" təyyarələri Xania yaxınlığındakı aviabazada eniş edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər