Dünya

Trampın rüsum qərarı Avropanı hərəkətə keçirdi: Strateji saziş dayandırıldı

23 Feb 2026, 20:42 2 baxış
Trampın rüsum qərarı Avropanı hərəkətə keçirdi: Strateji saziş dayandırıldı
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın 15%-lik qlobal idxal rüsumu tətbiq etməsi səbəbindən Avropa İttifaqı (Aİ) və ABŞ arasındakı ticarət sazişi üzrə səsverməni təxirə salmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi parlamentdəki iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, parlamentin Ticarət komitəsinin səsverməsi çərşənbə axşamı baş tutmalı idi, lakin indi təxirə salınıb. Səsvermə üçün yeni ehtimal olunan tarix göstərilmir. Xatırladaq ki, Aİ və ABŞ ticarət sazişini 21 avqust 2025-ci il tarixində imzalayıblar. Tərəflər ABŞ-yə tədarük edilən Avropa mallarına 15%-lik rüsum tətbiq etmək barədə razılığa gəliblər. Eyni zamanda, blok ölkələrinə tədarük edilən ABŞ malları üçün tariflər ləğv edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər