Dünya
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub. "Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar 2027-ci ilin fevralın 24-nə qədər uzadılıb", - deyə məlumatda bildirilib. Qeyd olunur ki, ittifaq tərəfindən Rusiyaya tətbiq edilən bütün sanksiyaların qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib. Qərar dərc olunduğu günün sabahı, yəni 2026-cı ilin fevralın 24-dən etibarən qüvvəyə minəcək.
Mənbə
oxu.az