Dünya
Zelenski iki il bunkerdə yaşadığını etiraf etdi
Ukrayna Prezidenti Volodimir Zelenski iki il bunkerdə yaşadığını etiraf edib. Oxu.Az xəbər verir ki, bunu ölkə başçısı "Agence France-Presse"ə müsahibəsində açıqlayıb. "Mən iki il bunkerdə yaşadım və işlədim. Gecələr bunkerə düşürdüm", - deyə Ukrayna lideri bildirib. Zelenski bildirib ki, yaxın vaxtlarda bəhs etdiyi sığınacağı jurnalistlərə göstərməyi və orada mətbuat konfransı keçirməyi planlaşdırıb.
Mənbə
oxu.az