Dünya

Rusiya modeli Ukraynada? - Zelenski Avropadan vəsait istədi

23 Feb 2026, 16:04 2 baxış
Rusiya modeli Ukraynada? - Zelenski Avropadan vəsait istədi
Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan Ukraynada muzdlu (müqavilə üzrə) hərbi xidmət üçün xərcləri qarşılamasını tələb edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə o, BBC nəşrinə müsahibəsində danışıb. Zelenskinin sözlərinə görə, Avropa ölkələri səfərbərlik modelindən müqavilə sisteminə keçidi maliyyələşdirə bilərdilər. O xatırladıb ki, Rusiyada hərbçilərə müqavilə imzalandığı zaman ödəniş edilir. O qeyd edib ki, Ukrayna da eyni şəkildə hərəkət etmək istərdi, lakin maddi vəsait çatışmır. "Bax bu məqamda avropalılar kömək edə bilərlər. Avropalılar hələ ki bu proqramı maliyyələşdirmirlər", - deyə Volodimir Zelenski vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər