Dünya
Rusiyadan vətəndaşlarına Meksika ilə bağlı xəbərdarlıq
Meksikanın Xalisko ştatında davam edən iğtişaşlar səbəbindən Rusiya öz vətəndaşlarına bu regiona səyahətlərini təxirə salmağı tövsiyə edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Meksikadakı səfirliyindən məlumat verilib. "Rusiya vətəndaşlarından şəxsi təhlükəsizliklərini qorumaları, kütləvi toqquşma olan ərazilərdən uzaqlaşmağı, səbəb olmadan küçəyə çıxmamağa çağırırıq", - deyə bəyanatda bildirilib. Qeyd edək ki, dünyanın ən güclü narkobaronlarından olan "Xalisko yeni nəsil" kartelinin "El Menço" ləqəbli liderinin zərərsizləşdirilməsindən sonra Meksikanın səkkiz ştatında iğtişaşlar başlayıb.
Mənbə
oxu.az