Dünya

ABŞ fevralın 24-dən bəzi gömrük rüsumlarını ləğv edir

23 Feb 2026, 13:56 2 baxış
ABŞ fevralın 24-dən bəzi gömrük rüsumlarını ləğv edir
ABŞ hakimiyyəti fevralın 24-dən etibarən bir sıra mallara əlavə rüsum tətbiq etməyi dayandıracaq. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb. "Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında" Qanuna (IEEPA) uyğun olaraq, aşağıdakı prezident fərmanları əsasında tətbiq edilən rüsumlar, bütün dəyişikliklər və əlavələr daxil olmaqla, qüvvəsini itirəcək və 2026-cı il 24 fevral saat 00:00-dan (Bakı vaxtı ilə 09:00 - red.) etibarən istehlak üçün idxal edilən və ya istehlak üçün anbardan çıxarılan mallardan artıq tutulmayacaq", - bəyanatda deyilir. Məlumata əsasən, xidmət tərəfindən dərc edilən siyahıya ABŞ Ali Məhkəməsinin qanunsuz hesab etdiyi rüsumlar da daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər