Cəmiyyət

"ASAN müraciət" informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib

23 Feb 2026, 12:43 2 baxış
"ASAN müraciət" informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə nəticələrinə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib. Oxu.Az xəbər verir ki, tədbirin birinci hissəsində "ASAN xidmət indeksi" üzrə qiymətləndirilmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin yekunlarına dair qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti, hüquqi şəxslər və digər büdcə təşkilatları üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb. Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə "ASAN xidmət indeksi" üzrə qiymətləndirmənin nəticələrinin geniş, interaktiv şəkildə təqdimatı keçirilib və suallar cavablandırılıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər