Cəmiyyət

Abşeronda yaşayış kompleksində yanğın baş verdi

18 Oct 2026, 10:21 2 baxış
Abşeronda yaşayış kompleksində yanğın baş verdi

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.


Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.


Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər