Digər
Kanadada hərbi bazada parlayış: 7 ölü, onlarla yaralı
Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" hərbi bazasında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Qlobal Nyus" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə atəş təlimləri zamanı baş verib.
Təlimlərin gedişində baza ərazisindəki qaz kəməri zədələnib. Bu isə partlayışa və ardınca yanğına səbəb olub.
Partlayış və yanğın nəticəsində azı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.
Qeyd olunub ki, bazanın yerləşdiyi Alberta əyalətində əsən güclü külək alovun yayılmasını sürətləndirib.
Mənbə
axar.az