Cəmiyyət
Kürdəmirdə 50 yaşlı kişini qatar vurdu
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub. O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az