Dünya

Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğradı, ölənlər var

18 Oct 2026, 11:00 2 baxış
Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğradı, ölənlər var
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyaləti ərazisində "AH-6i" tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin və Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində ildirib. Onun sözlərinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində iki heyət üzvü həlak olib. Helikopter Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin nəzarətində olan əraziyə düşüb. Qeyd edək ki, qəza regionda hərbi gərginliyin artması fonunda baş verib. Son həftələr Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran bölgəsi husilərin dəfələrlə hücumlarına məruz qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər