Cəmiyyət
Xırdalanda yaşayış kompleksində yanğın baş verib - Foto/Video
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
{{gallery}} Bu gün səhər saatlarında Xırdalanda yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, yanan "Gəmi" restoranıdır. Hazırda ətrafı qara tüstü bürüyüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.

Mənbə
oxu.az