Cəmiyyət

Ülvi Mehdiyev: "ASAN xidmət" modelini artıq 30-dan çox ölkəyə ixrac etmişik"

23 Feb 2026, 11:43 2 baxış
Ülvi Mehdiyev: "ASAN xidmət" modelini artıq 30-dan çox ölkəyə ixrac etmişik"
"ASAN xidmət" modelini artıq 30-dan çox ölkəyə ixrac etmişik. Dövlət xidmətlərinin davamlı inkişafı dövlətimizin və dövlət başçısının daim diqqətindədir". Oxu.Az xəbər verir ki, bu fikirləri "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, "ASAN xidmət" modeli sübut etdi ki, innovativ texnologiyaların tətbiqi həm dövlət, həm cəmiyyət, həm də vətəndaşlar üçün son dərəcə vacibdir: "Hazırda qlobal trend rəqəmsal transformasiyadır - xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlar üçün daha əlçatan mexanizmlərin yaradılması bizim üçün prioritetdir. Prezident son müsahibəsində dövlət idarəetməsində rəqəmsallaşmanın geniş tətbiqini əsas tapşırıq kimi müəyyən edib. "ASAN İndeks" qiymətləndirilməsi də məhz bu tapşırıqlara xidmət edir. Bu qiymətləndirmə vasitəsilə biz öz fəaliyyətimizi, xidmətlərin biznes proseslərini, mövcud problemləri və inkişaf imkanlarını görürük. Dövlətimizin bizdən gözləntisi də budur ki, ortaya çıxan nəticələri ciddi şəkildə təhlil edək və onların üzərində işləyək". Sədr əlavə edib ki, "ASAN İndeks" üzrə 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti, 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib: "Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər