Cəmiyyət
"ASAN xidmət indeksi" üzrə ən yüksək göstəriciləri olan qurumlar AÇIQLANDI
2025-ci il "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar açıqlanıb. Oxu.Az xəbər verir ki, bu, "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə açıqlanıb. 1-ci yer - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti; 2-ci yer - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi; 3-cü yer - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar: 1-ci yer - Pirallahı Rayon İcra Hakimiyyəti; 2-ci yer - Binəqədi Rayon İcra Hakimiyyəti; 3-cü yer - Yasamal Rayon İcra Hakimiyyəti. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar: 1-ci yer - "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti; 2-ci yer - "Azəriqaz" İstehsalat Birliyi; 3-cü yer - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi. "ASAN müraciət" informasiya sistemi üzrə 2025-ci ilin yekunlarına əsasən seçilən qurumlar: 1-ci yer - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti; 2-ci yer - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyəti; 3-cü yer - Gəncə Şəhər İcra Hakimiyyəti. Məhərrəm Əliyev
Mənbə
oxu.az