Cəmiyyət

Bakıda küçədə qadın meyiti tapıldı

23 Feb 2026, 11:55 2 baxış
Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.


Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


Faktla bağlı araşdırmalar aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər