Cəmiyyət
Goranboyda körpə peyvənd vurulduqdan sonra öldü
Goranboy rayonunda körpə peyvənd vurulduqdan sonra ölüb. Oxu.Az-ın məlumatına görə, rayonun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü körpəyə kənd ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Bundan sonra körpə iynənin təsirindən şoka düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır. Aygün Mirakif
Mənbə
oxu.az