Dünya

Ağ Ev: "ABŞ "El Menço"nun öldürülməsində Meksikaya kömək edib"

23 Feb 2026, 10:22 2 baxış
Ağ Ev: "ABŞ "El Menço"nun öldürülməsində Meksikaya kömək edib"
Amerika Birləşmiş Ştatları kəşfiyyatı Meksika hakimiyyət orqanlarına "El Menço" ləqəbi ilə tanınan "Xalisko Yeni Nəsil" narkokartelinin başçısı Nemesio Ruben Osequera Servantesin tapılmasında və zərərsizləşdirilməsində kömək edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt fevralın 23-də bildirib. * Səfirlik iğtişaşlar fonunda Meksikada olan Azərbaycan vətəndaşlarına çağırış etdi O vurğulayıb ki, zərərsizləşdirilmiş narkobaron həm Meksika, həm də ABŞ hökumətlərinin hədəfi olub, çünki onun karteli ABŞ-yə fentanilin ən böyük tədarükçüsüdür. 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp "Xalisko Yeni Nəsil"i (XYN) terror təşkilatı elan edib. "Prezident Tramp açıq şəkildə bildirib ki, ABŞ ərazimizə ölümcül narkotik qaçaqmalçılığı edən narkoterrorçuların layiq olduqları ədalət mühakiməsi ilə üzləşmələri üçün əlindən gələni edəcək. Tramp administrasiyası, həmçinin Meksika ordusuna əməkdaşlığa və bu əməliyyatın uğurla həyata keçirilməsinə görə minnətdarlığını bildirir", - deyə Livitt yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər