Dünya
Qar ABŞ-nin şimal-şərqini iflic etdi - 60 milyondan çox sakin təhlükədə
ABŞ-nin şimal-şərqində 60 milyondan çox sakin güclü qar yağması səbəbindən fövqəladə vəziyyət rejimi zonasında qalıblar. Oxu.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb. Bildirilib ki, Delaver, Massaçusets, Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Rod-Aylend ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub. Nəşrin məlumatına görə, pis hava şəraiti 60 milyondan çox insanı əhatə edib. Meteoroloqlar xəbərdarlıq ediblər ki, fevralın 23-də gecə saatlarında sözügedən ştatlarda qar örtüyünün hündürlüyü 30-60 sm-ə çata bilər.
Mənbə
oxu.az