Digər

Ukraynaya hücum: 4 il öncə rus təbliğatı nə deyirdi? - Video

22 Feb 2026, 21:28 2 baxış
Ukraynaya hücum: 4 il öncə rus təbliğatı nə deyirdi? - Video

Rusiyanın Ukraynaya hücumunun 4-cü ildönümü (24 fevral) ərəfəsində Kreml təbliğatçılarının açıqlamaları yenidən gündəmə gəlib.


Axar.az xəbər verir ki, 4 il öncə Rusiyanın Ukraynaya hücumu ərəfəsində təbliğatçılar ordularının 2-3 gün ərzində Kiyevi ələ keçirəcəyini israrla bildirirdilər.


Hətta ər və arvad Yevgeni Popov və Olqa Skabeyeva “Rossiya 1”in efirində belə bir “menyu” da səsləndirmişdilər: 6-də ordu qalxır, 8-də səhər yeməyi yeyir, 9-da Ukraynaya hücuma keçir, 13:00-da Kiyevi alır, 18-də Qazmanovun Maydanda konserti olur, 21-də isə Qələbə atəşfəşanlığı...


Həmin ərəfədə Belarus Prezidenti Aleksandr Lukaşenko da Ukraynada heç kimin döyüşməyəcəyini iddia edir və 3-4 gün ərzində müharibənin taleyinin həll olunacağını qeyd edir.

Mənbə axar.az

Oxşar Xəbərlər