Dünya
Kişilərə yer yoxdur: ABŞ-də yalnız qadınlar üçün KƏND SALINDI - FOTO
ABŞ-də Robin Yerian adlı təqaüdçü pensiya yığımlarını Texas ştatında yalnız qadınların ev kirayələyə bildiyi kənd yaratmağa xərcləyib. Oxu.Az bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir. Yerian 2022-ci ildə "Quş yuvası" adlı yaşayış məntəqəsinin əsasını qoyub. Onun sözlərinə görə, kənd qadınların özlərini təhlükəsiz hiss edə biləcəkləri məkan kimi yaradılıb. "Bu, qadınların evlərinin qapısını açarkən arxaya baxmaq məcburiyyətində qalmadan yaşaya biləcəkləri təhlükəsiz yerdir", - deyə Yerian bildirib. Məlumata görə, təqaüdçü torpaq sahəsinin alınmasına 35 min dollar, ərazinin abadlaşdırılmasına, o cümlədən elektrik və su xətlərinin çəkilməsinə isə 150 min dollar xərcləyib. Hazırda "Quş yuvası"nda yaşı 52-dən yuxarı olan 12 qadın yaşayır. Onların əksəriyyəti subay, boşanmış və ya dul qadınlardır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az