Digər
ABŞ sabah İrana zərbə endirə bilər - Kiriakou
ABŞ Prezidenti Donald Tramp İrana hücumla bağlı artıq son qərarı verib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Kiriakou deyib.
O qeyd edib ki, zərbə bazar ertəsi və ya çərşənbə axşamı günü həyata keçirilə bilər.
Onun sözlərinə görə, Tramp iranlıları çaşdırmaq üçün vaxtından əvvəl gözlənilməz bir zərbə endirmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-la İran arasında Cenevrədə 17 fevralda görüş baş tutub. Həmin gün Tramp İrana "10-15 gün" vaxt verdiyini açıqlamışdı.
Mənbə
axar.az