Digər

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

22 Feb 2026, 13:41 2 baxış
Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Moskva diplomatiyanı deyil, zərbələri maliyyələşdirməyə davam edir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi kütləvi zərbələri bu cür şərh edib.


"Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir. Ukraynaya təxminən 300 zərbə dronu və 50 müxtəlif tipli raket atılıb.


Kiyev, Dnepr, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı vilayətlərinə zərbələr endirilib. Təəssüf ki, Kiyevin Fastov rayonunda zərbə nəticəsində bir nəfər həlak olub, bir uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb. Zərbənin əsas hədəfi energetika olub, həmçinin yaşayış binalarına ziyan dəyib, dəmir yolunda zədələnmələr var", - Zelenski bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər