Digər

Trampdan yeni qərar: bütün ölkələrə 15%-lik yeni rüsum...

21 Feb 2026, 21:24 2 baxış
Trampdan yeni qərar: bütün ölkələrə 15%-lik yeni rüsum...

ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün idxal rüsumlarını 10%-dən 15 %-ə qaldırdığını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkə hesabında məlumat verib.


"Mən, ABŞ Prezidenti olaraq, qüvvəyə minən və ölkələrə tətbiq edilən 10% qlobal tarifləri qanuni olaraq etibarlı olan 15%-ə qaldırıram", - Tramp qeyd edib.


ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni və qanuni tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək.


Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10%-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər