Digər

Ukrayna Rusiyanın iki gəmi və iki təyyarəsini vurdu

21 Feb 2026, 21:51 2 baxış
Ukrayna Rusiyanın iki gəmi və iki təyyarəsini vurdu

Ukrayna Krımda Rusiya ordusunun patrul gəmilərinə, təyyarələrinə və artilleriya qurğularına hücum edib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


"Fevralın 21-ə keçən gecə Ukraynanın işğal olunmuş Krım bölgəsindəki İnkerman şəhəri yaxınlığında düşmənin iki ədəd "22460 Oxotnik" sərhəd patrul gəmisi vurulub. Hədəflərə zərbələr endirilib. Zərərin miqyası müəyyənləşdirilir", - məlumatda deyilir.


Yevpatoriyadakı Yevpatoriya Təyyarə Təmiri Zavodu yaxınlığında iki ədəd Be-12 təyyarəsi də vurulub.


Zaporojye vilayətinin Astraxanka kəndi yaxınlığında Rusiyanın "Tornado-S" çoxnövlü raket sistemi məhv edilib.


Birinci Əlahiddə Pilotsuz Sistem Qüvvələrinin Mərkəzinin operatorları Rusiyanın uzun mənzilli 300 mm-lik çoxməqsədli raket sistemi olan 9K515 "Tornado-S" reaktiv yaylım atəşi sistemini məhv ediblər.


Rusiya qoşunlarını yanacaqla təmin edən Qvardeyskoye qəsəbəsindəki (Simferopol, Krım) neft anbarı da vurulub.

Mənbə axar.az

Oxşar Xəbərlər