Digər

Kiyev neft tədarükünü bərpa etməsə... – Fitso hədələdi

21 Feb 2026, 17:13 2 baxış
Kiyev neft tədarükünü bərpa etməsə... – Fitso hədələdi

Rəsmi Kiyev "Drujba" boru kəməri ilə neft tranzitini bərpa etməsə, Slovakiya hökuməti fevralın 23-dən Ukraynaya elektrik enerjisi təchizatını dayandıracaq.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazir Robert Fitso deyib.


"Slovakiya qürurlu və suveren ölkədir. Əgər Slovakiyaya neft tədarükü bazar ertəsinə qədər bərpa olunmazsa, SEPS-dən Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmasını xahiş edəcəm", - Fitso bildirib.


Baş nazirin sözlərinə görə, 2026-cı ilin yanvarında Ukraynanın enerji sisteminin sabitləşdirilməsi üçün 2025-ci ildə tələb olunandan iki dəfə çox elektrik enerjisi tələb olunub:


"Əgər Qərb Şimal Axını qaz kəmərinin dağıdılmasına etiraz etmirsə, biz Slovakiya-Ukrayna münasibətlərinə yalnız Ukraynaya fayda verən birtərəfli bilet kimi baxa bilmərik".


Fitso qeyd edib ki, təkcə Slovakiyaya qaz təchizatının kəsilməsi 500 milyon avro itkiyə səbəb olub:


“Neft tranzitinin dayandırılması isə daha böyük ziyana və logistik çətinliklərə gətirib çıxaracaq”.


Baş nazir yekun olaraq bildirib ki, Vladimir Zelenskinin Slovakiyaya düşmən ölkə kimi yanaşması qəbuledilməzdir:


"Biz Slovakiyanı Ukraynaya verilən 90 milyard avroluq hərbi kreditə cəlb etməməliyik".


Qeyd edək ki, bir neçə gün əvvəl Slovakiya Ukraynaya dizel yanacağı ixracını dayandırdığını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər