Digər
Zelenski Rutte ilə danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski ilə NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə V.Zelenski özünün Teleqram kanalında yazıb.
O bildirib ki, Rutte ilə üçtərəfli sülh danışıqlarını müzakirə edib:
“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerika və Rusiya ilə növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”.
Mənbə
axar.az