Digər

Ukraynadan 225 gəmi kapitanına sanksiya...

21 Feb 2026, 15:54 2 baxış
Ukraynadan 225 gəmi kapitanına sanksiya...

Ukrayna Prezidenti Vladimir Zelenski yeni sanksiya paketlərinin tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərmanlar imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.


Bildirilib ki, qərarlardan biri Rusiyanın "kölgə donanması"na qarşı mübarizəyə yönəlib.


Belə ki, Rusiya neft məhsullarını ixrac edən gəmilərin 225 kapitanına qarşı sanksiyalar tətbiq edilib. Onların arasında 11 ölkənin, xüsusilə Rusiya, Hindistan və Filippin vətəndaşları var.

Mənbə axar.az

Oxşar Xəbərlər