Digər
Rusiyada PUA-ların hücumu zamanı 11 nəfər yaralandı
Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) Udmurtiyaya endirdiyi zərbələr nəticəsində 11 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bunu regionun səhiyyə naziri Sergey Bagin Teleqram kanalında yazıb.
O qeyd edib ki, 3 nəfər xəstəxanaya yerləşdirilib:
"İki xəstənin vəziyyəti orta ağırdır, birinin isə ağırdır. Daha 8 zərərçəkən ambulator müşahidəyə buraxılıb".
Daha əvvəl Udmurtiya başçısı Aleksandr Breçalov respublikanın obyektlərindən birinin PUA-ların hücumuna məruz qaldığını, yaralıların olduğunu bildirib.
Mənbə
axar.az