Digər
Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var - Foto
Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi “Robinson” helikopterinin axtarışları başa çatıb. Xilasedicilər qəza yerində 3 şəxsin cəsədini aşkar ediblər.
Axar.az xəbər verir ki, bu barədə Amur vilayəti hökuməti Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb.
Mənbə
axar.az