Dünya
Dünya bazarını silkələyə biləcək tapıntı
Rusiyanın Arxangelsk vilayəti ərazisində yerləşən Vladimir Qrib yatağında çəkisi 228,62 karat, ölçüləri isə 50,5 x 30,6 x 18,6 mm olan iri almaz hasil edilib. Oxu.Az bildirir ki, bu barədə TASS agentliyinə "AQD Diamonds" şirkətinin mətbuat xidməti məlumat verib. Məlumata görə, bu, 2026-cı ildə aşkar edilən 50 karatdan artıq çəkisi olan ilk daşdır. Sözügedən kristal cari ildə hasil edilmiş ilk iri (50 karatdan yuxarı) almaz olmaqla yanaşı, Vladimir Qrib adına yataqda çıxarılan 52-ci unikal daş hesab olunur. Qeyd edək ki, Arxangelsk vilayətində Avropada yeganə almaz yataqları yerləşir.
Mənbə
oxu.az