İdman
Ronaldu üçün Portuqaliya millisində vida matçı təşkil oluna bilər
Kriştianu Ronaldu Portuqaliya millisində vida matçı keçirmək üçün komandaya qayıda bilər. Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyasında 41 yaşlı hücumçu üçün vida matçı təşkil olunması məsələsi müzakirə edilir. Bundan əvvəl federasiyanın Ronaldu ilə milli komandanın baş məşqçisi Jorji Jezuş arasındakı münasibətləri düzəltməyə çalışdığı məlum olub. Qeyd edək ki, Jorji Jezuş sentyabrın 27-də Millətlər Liqasının Norveçlə oyununda (2:1) Ronaldunu ehtiyatda saxlayıb. Sentyabrın 30-da Danimarka ilə matçdan əvvəl isə mütəxəssis Ronaldunun yenidən ilk "11-lik"də yer almayacağını və futbolçunun bundan əvvəl bu barədə məlumatlandırıldığını bildirib. Ronaldu baş verənlərlə bağlı "həqiqəti" daha sonra açıqlayacağını deyib. Portuqaliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Ronaldo yığmanın heyətində 146 dəfə fərqlənib. O, komandanın 2016-cı ildə Avropa çempionatını, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasını qazanmasına kömək edib.
Mənbə
oxu.az