Digər

"ADEX 2026"nın pərdəarxası: Yeni müqavilələr və Azərbaycanın artan gücü - Video

04 Oct 2026, 23:18 3 baxış
"ADEX 2026"nın pərdəarxası: Yeni müqavilələr və Azərbaycanın artan gücü - Video
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında "ADEX 2026" Beynəlxalq Müdafiə Sərgisinin nəticələri, sərgidə iştirak edən ölkə və şirkətlərin sayı, eləcə də imzalanan mühüm müqavilələr təhlil olunub. Bildirilib ki, sərgidə beş pavilyonda 30 ölkədən 277 şirkət və təşkilat, 39 ölkədən isə 59 xarici nümayəndə heyəti iştirak edib. "ADEX 2026" hələ başa çatmadan sərgini 11 500 peşəkar ziyarətçi izləyib ki, bu da 2024-cü illə müqayisədə 84 faiz artım deməkdir.

İlk dəfə Azərbaycanın milli ekspozisiyası üçün ayrıca pavilyon ayrılıb, ABŞ-nin bir sıra aparıcı müdafiə şirkətləri sərgidə ilk dəfə iştirak edib, Türkiyə isə ən geniş təmsil olunan ölkə olub. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında yeni silah və hərbi texnikanın tədarükü üzrə imzalanan sənədlərin ümumi dəyəri yüzmilyonlarla dollarla ölçülür. Diqqətə çatdırılıb ki, "ADEX 2026" çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri də Azərbaycanda birgə istehsalın təşkili və texnoloji əməkdaşlığın genişləndirilməsidir. ASELSAN ilə Naxçıvanda yeni müəssisənin yaradılmasına dair ilkin razılaşma imzalanıb. Çexiyanın CSG şirkəti isə Azərbaycanda ikinci birgə müəssisənin yaradılacağını açıqlayıb. Layihə özüyeriyən haubitsaların mərhələli lokallaşdırılmasını nəzərdə tutur və istehsalın 2027-ci ildə başlaması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər