Dünya

Venesuelada genişmiqyaslı ƏFV: Kimlər azadlığa buraxılacaqlar?

20 Feb 2026, 23:12 2 baxış
Venesuelada genişmiqyaslı ƏFV: Kimlər azadlığa buraxılacaqlar?
Venesuela Milli Assambleyasının üzvləri 2002-ci ildən 2025-ci ilə qədər davam edən siyasi böhranlar zamanı uzunmüddətli həbs cəzası çəkənlərə əfv verilməsini nəzərdə tutan qanunu yekdilliklə təsdiqləyiblər. Oxu.Az xəbər verir ki, bu barədə EFE məlumat yayıb. Əfv silahlı hücumlara, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsdlərə görə cəza çəkənlərə aid olmayacaq. Qəbul edilmiş qanunun tətbiqi üçün lazımi mexanizmləri hazırlayan parlament komissiyası yaradılıb. Venesuelanın Qeyri Hökumət Təşkilatları qeyd edirlər ki, ABŞ-nin Venesuelanın sabiq prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün əməliyyat keçirdiyi yanvar ayından bəri siyasi cinayətlərdə ittiham olunan 650 məhbusdan 500-ə yaxını azadlığa buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər