Digər

Gürcüstan AŞPA-ya qayıtması üçün şərtlərini açıqladı

20 Feb 2026, 22:03 2 baxış
Gürcüstan AŞPA-ya qayıtması üçün şərtlərini açıqladı

Gürcüstan tərəfi Assambleyaya öz nümayəndə heyətini təqdim etməyə hazırdır, lakin bu, yalnız nümayəndə heyətinin mandatları heç bir ilkin şərt olmadan tanındığı təqdirdə mümkündür.


Axar.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze Avstriyada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Petra Bayer ilə görüşdə deyib.


O bildirib ki, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini tanımaq üçün heç bir təşkilatın ədalətsiz şərtlər tətbiq etməsinə razı ola bilməz.

Mənbə axar.az

Oxşar Xəbərlər