Dünya
Saçlarına görə silahlı hücuma məruz qalan Barış Manço Bakıya niyə gəlmişdi? - VİDEO
Barış Manço türk rok və pop musiqisinin banilərindən biri, televiziya aparıcısı və sənətkar kimliyi ilə geniş bir pərəstişkar kütləsinə sahib olub. 1970-ci illərdə "Moğollar" qrupu ilə Anadolu turnesində uzun saçları səbəbindən silahlı hücuma məruz qalan Barış Manço, bununla belə, musiqisini davam etdirib və həyatına olan sevgisini heç vaxt itirməyib. Baku TV-nin videomaterialında qeyd olunduğu kimi, o, Bakıya bir neçə dəfə səfər edib, burada böyük sevgi ilə qarşılanıb və konsertlər verib.
Musiqisi ilə olduğu qədər şəxsi həyatı ilə də daim diqqət çəkən Barış Manço birinci həyat yoldaşı Mariye Klaude ilə 1970-ci ildə evlənib, amma evlilik yalnız 40 gün davam edib. Ayrılığın səbəbi kimi anlaşılmazlıq göstərilsə də, sonradan Mariye Klaudenin Fikrət Kızılokla münasibəti olduğu üzə çıxıb.

Mənbə
oxu.az