Dünya

Əraqçı: "ABŞ ilə danışıqlarda hər şey qarşı tərəfdən asılıdır"

20 Feb 2026, 19:24 2 baxış
Əraqçı: "ABŞ ilə danışıqlarda hər şey qarşı tərəfdən asılıdır"
"İranın nüvə dosyesi ilə bağlı danışıqlarda əsas məsələ artıq tamamilə ABŞ-nin ixtiyarındadır". Oxu.Az xəbər verir ki, bunu "MS Now" telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı bildirib. "Hər şey qarşı tərəfdən asılıdır", - deyə nazir qeyd edib. Xatırladaq ki, Omanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqlarının ikinci raundu fevralın 17-də başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin bir neçə nüfuzlu media orqanları özəl mənbələrinə istinadən ABŞ-nin yaxın günlərdə İrana zərbələr endirəcəyini bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər