Digər

Trampın dostları Rusiyadakı bizneslərini qaytarır

20 Feb 2026, 19:43 2 baxış
Trampın dostları Rusiyadakı bizneslərini qaytarır

ABŞ Prezidenti Donald Trampın dostları müharibənin davam etdiyi bir vaxtda səssizcə Rusiyaya bizneslərini qaytarmağa başlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.


“Tramp ailəsi ilə əlaqələri olan texaslı investor Centri Biç ötən payız Rusiyanın enerji nəhəngi “Novatek”lə gizlicə müqavilə imzalayıb. Söhbət Murmansk vilayətinin “Novatek” müəssisəsində inşa edilən mobil mayeləşdirilmiş təbii qaz zavodundan istifadə edərək, Alyaskada qazın inkişafı üzrə birgə layihədən gedir. Bu, 2022-ci ildən bəri amerikalı investorun böyük bir Rusiya şirkəti ilə yeni bir biznes layihəsi rəsmiləşdirdiyi ilk məlum haldır. Saziş Ukraynada davam edən müharibəyə və ABŞ-ın Rusiyaya qarşı hazırkı sanksiyalarına baxmayaraq bağlanıb”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər