Digər

"Günaydın" restoranına "5 ulduz" sertifikatı təqdim olunub

20 Feb 2026, 17:37 2 baxış
"Günaydın" restoranına "5 ulduz" sertifikatı təqdim olunub
"Günaydın" restoranı qida təhlükəsizliyi sahəsində mühüm uğura imza atıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən "Ulduz-reytinq" layihəsi çərçivəsində "Günaydın" restoranının Nərimanov rayonda yerləşən filialında qiymətləndirmə aparılıb. Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana ən yüksək göstərici sayılan "5 ulduz" sertifikatı təqdim olunub. Bu göstərici qida təhlükəsizliyi standartlarına tam əməl olunduğunu və müəssisədə sanitar-gigiyenik qaydaların yüksək səviyyədə təşkil edildiyini təsdiqləyir. "Günaydın" restoranlar şəbəkəsinin təsisçilərindən olan Cüneyt Asan bildirib ki, əldə olunan nəticə komandanın uzunmüddətli və sistemli fəaliyyətinin bəhrəsidir. Onun sözlərinə görə, əsas məqsəd yalnız dadlı təamlar təqdim etmək deyil, eyni zamanda qonaqların sağlamlığını qorumaq və təhlükəsiz xidmət göstərməkdir: "Azərbaycanda 14 ildir fəaliyyət göstəririk. Üç şöbəmiz var və yaxın zamanlarda dördüncü şöbəni açmağı planlaşdırmışıq. "Günaydın" restoranlar şəbəkəsi 1965-ci ildən fəaliyyət göstərir. Dünyada 61 şöbəmiz var və 2800 nəfər bu şöbələrimizdə işləyir. Azərbaycan xalqına bizə göstərdikləri etimada görə təşəkkür edirik". "Günaydın" restoranının Nərimanov rayonunda yerləşən filialının əldə etdiyi bu status müştərilər üçün də mühüm mesajdır: təqdim olunan təamlar nəinki ləzzətli, həm də təhlükəsizdir. Bu isə müəssisənin bazardakı mövqeyini daha da gücləndirir və xidmət keyfiyyətinin davamlı inkişafına stimul verir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər